Prezidentin nəvələri Qurban Qurbanovla görüşdü - Foto

7-03-2024, 15:37 9 dəfə baxılıb

Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüblər. “Azerinews.az” xəbər verir ki, bu barədə Mikayıl Ağalarov öz instaqram hesabında paylaşım edib.

O, paylaşımda Qurban Qurbanovu əsl əfsanə adlandırıb:

“Əziz Qurban Qurbanova böyük ehtiramla... Əsl əfsanə. Bu gün kiminlə oynamağımızın fərqi yoxdur. Biz Bakıda, Azərbaycanda oynayırıq. İstəyirik ki, bu şəxs axşam stadionda və ya televizor qarşısında olacaq hər birinizin dəstəyini hiss etsin. O, çox iş görüb və çətin bir yol keçib. Bunun nəticəsi olaraq biz bu gün öz evimizdə Avropa Liqasının 1/8 final mərhələsini keçirə bilirik. Bizim gözəl komandamız, oyunçularımız və heyətimiz var. Bunu bir daha təkrarlayaq! Tək sevgi -QARABAĞ FK!!!”








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930