Gürcüstanın baş naziri Azərbaycan səfiri ilə mühüm strateji layihələri müzakirə edib

12-03-2024, 11:04 3 dəfə baxılıb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə səfirliyin məlumatında bildirilib.

Qeyd olunub ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və yaxın dostluq münasibətləri, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

“Ölkələr arasında iqtisadi, nəqliyyat və enerji tərəfdaşlığının inkişaf perspektivlərinə də diqqət yetirilib. Eləcə də mühüm strateji layihələr müzakirə olunub. Söhbət zamanı regional vəziyyətə toxunulub, sülh və sabitliyin vacibliyi vurğulanıb”, - deyə səfirliyin məlumatında bildirilib. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031