Azərbaycan rəssamları Polşa tarixi və mədəniyyətinə həsr olunmuş əsərlərini təqdim ediblər

7-12-2023, 15:30 3 dəfə baxılıb

Azərbaycan rəssamları Bakıda keçirilən seminarda Polşaya həsr olunmuş əsərlərini təqdim ediblər.

"Azerinews.az" xəbər verir ki, tədbir Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Seminarda Polşanın Azərbaycandakı səfiri Rafal Poborski də iştirak edib. Tədbirdə rəssamlar Polşa tarixinə, adət-ənənələrinə, məşhur mədəniyyət və memarlıq abidələrinə həsr olunmuş əsərlər çəkiblər.

Rəsmlərin bəziləri polşalı memarlar tərəfindən Bakıda tikilmiş tarixi binalara həsr olunub. Tədbirin qonaqları rəsm əsərlərinin yaradılması prosesini maraqla izləyiblər.

Ümumilikdə, 9-u Azərbaycandan, 1-i isə Ukraynadan olmaqla 10 rəssam əsərlərini təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930