Vergi orqanlarında xüsusi rütbələr veriləcək

13-03-2024, 12:47 113 dəfə baxılıb

 

“Vergi orqanlarında ilk dəfə rəhbər vəzifəli şəxs kimi xidmətə qəbul olunan şəxslərə münasibətdə xüsusi rütbənin verilməsinin rejimi də müəyyən edilib. Burada da hər hansı sui-istifadəyə yol verilməməsi və yaxud bu səlahiyyətin qeyri-məhdud həcmdə müəyyən edilməməsi üçün müəyyən məhdudiyyətlər, konkret şərtlər var”.

“Trend” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, rəhbər vəzifəli şəxslər dedikdə bölmə və ondan yuxarı rəis heyəti nəzərdə tutulur.

“Hətta baş rəis heyətinə təyin olunan şəxslərə münasibətdə xüsusi rütbə ilk dəfə veriləcəksə, həmin baş rəis heyəti üçün verilə biləcək ən aşağı xüsusi rütbə ilkin olaraq vəzifəyə təyin olunarkən veriləcək. Bu isə xüsusi rütbələrin verilməsi ilə bağlı fərqli yanaşmaların qarşısının alınmasına, həm də konkret tənzimləmələrin qanunda müəyyən olunmaqla şəffaflığın təmin edilməsinə xidmət edəcək”, - deyə o, əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930