İlham Əliyev Pakistan Prezidentini təbrik etdi

13-03-2024, 20:03 1 dəfə baxılıb

 

Prezident İlham Əliyev Pakistan Prezidenti Asif Əli Zərdariyə təbrik məktubu göndərib.

"Azerinews.az” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Qardaş Pakistan ilə möhkəm təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi və dərinləşdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xoş ənənələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının əmin-amanlığı və firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031