Rişi Sunak İlham Əliyevi XI Qlobal Bakı Forumu münasibətilə təbrik etdi
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli Prezident Əliyev.
XI Qlobal Bakı Forumu münasibətilə Sizi təbrik edirəm.
Bu Forum əhəmiyyətli bir dönəmdə keçirilir. Bakı noyabrda COP29-a ev sahibliyi edəcək və bütün dünyanın diqqəti heç vaxt olmadığı qədər Azərbaycana yönələcək. Bilirəm ki, ölkəniz bu çağırışın öhdəsindən layiqincə gələcək və ənənəvi qonaqpərvərliklə mükəmməl tədbir təşkil edəcəksiniz.
həmçinin bu gün bir çox tərəflərdən təzyiqlərə məruz qalan həmin ümumi prinsiplər və dəyərlər barədə düşünə bilərlər.
Azərbaycan öz gələcəyinin keçid mərhələsindədir. Bu dönəmdə Sizin Ermənistanla onilliklərlə davam edən münaqişəyə son qoymağınız üçün tarixi şansınız var. Dünya Sizin dekabr ayındakı birgə bəyanatınızı alqışladı; bu ilin noyabrında Bakıya gələrək sülh sazişi imzalamaq, Cənubi Qafqaz ölkələrinin iqlim və enerji, su və ərzaq təhlükəsizliyi kimi ortaq çağırışlara qarşı birlikdə mübarizə aparmaq öhdəliyini qəbul etmələri çox yaxşı olardı.
Belə fürsətlərin açıq qalacağını və ya yenidən olacağını deyə bilmərik. Bəziləri hamının maraqlarına xidmət edən, əziyyətlə qazanılmış sülh və əməkdaşlıq əvəzinə, dünyanı yenidən silahlı münaqişəyə və rəqabətə sürükləməyi üstün tutur. Dünyanın bu həssas və qeyri-müəyyən dönəmində biz Azərbaycanın sabitliyi və müəyyənliyi təmin edəcək fürsətdən faydalanmasını gözləyirik.
Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr ortaq maraqlarımız, qarşılıqlı firavanlıq və təhlükəsizlik naminə dərinləşməyə və genişlənməyə davam edir. 2024-cü ilin sonunda COP29-un uğurla keçirilməsi üçün Böyük Britaniya Azərbaycanın yanında olacaq. Ümid edirəm ki, o vaxtadək Siz Ermənistanla davamlı sülhə nail olacaqsınız və biz iki ölkə arasında tərəfdaşlıq, əməkdaşlıq üçün yeni dövrü alqışlaya biləcəyik. Hamınıza məhsuldar müzakirələr arzulayıram”.