Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüşüb - FOTO
“İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin ticarət naziri Ater Davud Əl-Ğureyri ilə görüşdük”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında yazıb.
Bildirilib ki, ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsi, infrastruktur layihələri üzrə birgə fəaliyyət və Azərbaycan-İraq biznes forumunun keçirilməsi ilə bağlı məsələləri nəzərdən keçirilib.