Rumıniya nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

1-04-2024, 11:57 478 dəfə baxılıb

 

Rumıniyanın energetika naziri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilən 8-ci iclasında iştirak etmək üçün ölkəmizə rəsmi səfərə gəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, xatirələrini ehtiramla anıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031