Azərbaycan XİN başçısı Türkiyəni təbrik edib

29-10-2023, 12:15 2 dəfə baxılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Milli Bayram münasibətilə təbrik edib.

“Azerinews.az” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.

“Bu gün bölgədə və dünyada xüsusi rola malik qardaş Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümü qeyd olunur. 29 Oktyabr – Cümhuriyyət Günün mübarək və Türkiyə Yüzili çərçivəsində inkişaf və yüksəlişin davamlı olsun, can Türkiyə! Bir millət – iki dövlət”, – xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Eyni zamanda, Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki səhifəsində də əlamətdar günlə bağlı paylaşım edilib: “Qardaşlıq, dostluq və həmrəyliyimizin əsasında duran "Bir millət – iki dövlət" kəlamı ilə bağlı olduğumuz Türkiyə Cümhuriyyətini 100 yaşının tamam olması münasibətilə təbrik edir və bu əlamətdar günün memarı Qazi Mustafa Kamal Atatürk və onun silahdaşlarının əziz xatirəsini hörmətlə anırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031