Lənkəran İcra Hakimiyyətində yeni - Təyinatlar

8-04-2024, 15:20 134 dəfə baxılıb

 

Lənkəran Şəhər İcra Hakimiyyəti aparatına yeni təyinatlar olub.

“Azerinews.az” xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun Sərəncamı ilə aprelin 8-də icra başçısının birinci müavini və başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub.

Sərəncama əsasən, Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini, Dadaşov Aqil İlqar oğlu isə başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə təyin olunub və kollektivə təqdim ediliblər.

Qeyd edək ki, hər iki şəxs bu vəzifəyə qədər Lənkəran ŞİH başçısı aparatında məsul vəzifələrdə çalışıblar. M.Cəfərzadə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, A.Dadaşov isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifələrində fəaliyyət göstəriblər.

Xatırladaq ki, Lənkəranın icra başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev bu ilin fevralında vəzifəsindən azad olunub.

Fotoda Mikayıl Cəfərzadə







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031