Prezidenti İlham Əliyev Slovakiya Prezidenti seçilməsi münasibətilə Peter Pelleqrinini təbrik edib

15-04-2024, 13:21 124 dəfə baxılıb

 Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti seçilməsi münasibətilə Peter Pelleqrinini təbrik edib.

“Azerinews.az” xəbər verir ki, təbrik məktubunda bildirilir:

“Slovakiya ilə dostluq əlaqələrimizin inkişafı bizim üçün böyük önəm kəsb edir. Hazırda Azərbaycan-Slovakiya əməkdaşlığının müxtəlif sahələrdə yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur”.

Keçən ildən Azərbaycanın Bratislavada fəaliyyətə başlamış səfirliyinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyinə inandığını vurğulayan Azərbaycan Prezidenti bildirib:

“Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik”.

Dövlət başçısı Prezident Peter Pelleqriniyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930