Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

16-04-2024, 12:16 103 dəfə baxılıb

 “Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin müəllifi olduğu “Sözümüz imzamızdır” verilişində deyib.

Nazir bildirib ki, bölgələrimizin bir çoxunda müasir məktəblər tikilir:

“Təxminən hər il biz 60-80 məktəb təhvil veririk. Düşünürəm ki, bu məktəblər uzunmüddətli qaydada həm regionlarda təhsilin keyfiyyətinin artmasına, həm də təhsil sahəsinin yaxşılaşmasına xidmət edəcək.

Bu gün açılışında olduğumuz 624 nəfərlik Bum qəsəbəsi Pərviz Yaqubov adına tam orta məktəb eyni məqsədə xidmət edir. Qəbələ rayonu təhsil keyfiyyəti ilə müsbət mənada fərqlənir”.

Nazir işğaldan azad edilmiş ərazilərdəki universitet və məktəblərdən də söz aşıb:

“Hazırda Xocalı şəhərindəki məktəbin işi tamamlanır, həm Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir. İşlər əhalinin köçürülməsinə görə aparılır. Bilirsiniz ki, Kərkicahan qəsəbəsinə köç planlaşdırılır. Bu mənada biz hazırıq.

Eyni zamanda, Qarabağ Universitetində tələbələrimizi sentyabrın 15-də böyük səbirsizliklə gözləyirik. Təbii ki, oraya gələn şəxslərin övladları üçün də məktəb təminatı olacaq. Ümid edirik ki, ən qısa zamanda həmin məktəbin məzunları bizi sevindirəcəklər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930