İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını müsbət qiymətləndirdi

20-04-2024, 13:04 212 dəfə baxılıb

 İsveçin xarici işlər naziri Tobias Billström Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya prosesinin başlanması ilə bağlı atılan ilk addımı müsbət qiymətləndirib.

“Azerinews.az” xəbər verir ki, İsveçin XİN rəhbəri bu barədə “X” hesabında paylaşım edib.

“Bu, Azərbaycan, Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün çox yaxşı xəbərdir. Bu müsbət hadisədən biz regionun iqtisadi inkişafı, infrastrukturu və artımı şəklində bir çox irəliləyişlərin olacağını görə bilirik. İsveç bu məqsədə tam sadiqdir”, - XİN rəhbəri vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930