Prezident seçkilərini qeyri-rəsmi olaraq "Zəfər seçkiləri" adlandırırıq

12-01-2024, 13:31 4 dəfə baxılıb

Prezident seçkilərini qeyri-rəsmi olaraq "Zəfər seçkiləri" adlandırırıq.

“azerinews.az” “Report”a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

MSK sədri qeyd edib ki, çünki bu, azad olunmuş ərazilərdə və bütün Azərbaycanda keçirilən ilk seçkidir.

O xatırladıb ki, azad olunan ərazilərdə yaradılan 26 seçki məntəqəsinin 20 mindən artıq seçicisi var. M.Pənahov qeyd edib ki, səsvermədə artıq öz doğma yurduna qayıdanlarla birlikdə, azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə cəlb olunmuş insanlar da seçki hüququ olan şəxslərdir.

“Onlar da səsvermədə iştirak edəcəklər. Prezident seçkilərini Azərbaycanda son illərdə formalaşmış yüksək əhvali-ruhiyyəyə uyğun başa vurmalıyıq. Azərbaycanın ərazi bütövlüyü artıq təmin olunub. İlk dəfə olaraq Azərbaycanın bütün bölgələrində, beynəlxalq miqyasda tanınan ərazilərində seçki keçiriləcək”.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930