Elman Abdullayev: Müharibələr nəticəsində mədəniyyət nümunələrinə çox böyük ziyan dəyir

2-05-2024, 12:24 57 dəfə baxılıb

Müharibələrin sonunda mədəniyyət nümunələrinə, bütövlükdə mədəniyyətə çox böyük ziyan dəyir.

"Azerinews.az" xəbər verir ki, bunu VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" mövzusunda keçirilən 9-cu Panel sessiyasında çıxış edən Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev deyib.

Diplomat qeyd edib ki, mədəni irsin qorunması istiqamətində səylər birləşdirilməlidir:

"Müharibələrin sonunda mədəniyyət nümunələrinə, bütövlükdə mədəniyyətə çox böyük ziyan dəyir. Münaqişələr mədəni irsimizə çox böyük təhdid törədir. Amma bizim mədəniyyətimiz davamlıdır və bu davamlılıq bizim birgə səylərimizdən də asılıdır.

Müzakirələrimiz bizim ortaq öhdəliklərimizlə paralel aparılır və dünya irsinin qorunmasına da töhfə verir. Biz nəzərdə saxlamalıyıq ki, kollektiv səylərimiz çox önəmlidir. Biz bir daha öhdəlik götürürük ki, dialoq və əməkdaşlıq körpüsü qurmalıyıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930