DTX rəisi AŞ-nin Baş katibini Ermənistanın mina terroru barədə məlumatlandırıb

31-10-2023, 14:22 1 dəfə baxılıb

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev oktyabrın 30-da Avropa Şurasının (AŞ) Strasburq şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş katibi Mariya Peyçinoviç Buriçi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi etnik təmizləmə və mina terroru barədə məlumatlandırıb.

Azerinews.az xəbərinə görə, söhbət əsnasında Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi etnik təmizləmə və mina terroru barədə danışan Ə.Nağıyev Avropa Şurasının Baş katibinin təşkilatın əhatə etdiyi ölkələrdə yaşayan şəxslərin Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş bütün hüquq və azadlıqlarından tam istifadə etmək hüququna malik olması fikrinə münasibət bildirib.

DTX rəisi qeyd olunan beynəlxalq hüquqi sənədin müddəalarının Azərbaycanın xeyli zaman ərzində qaçqın və məcburi köçkün halında yaşamış, itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin Ermənistan tərəfindən basdırılmış minalardan sağlamlıqlarını itirmiş vətəndaşların hüquqlarının müdafiəsi məsələsində də tətbiq olunacağına ümidvar olduğunu deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930