Ölkəmizdə də müdafiə naziri mülki şəxs ola bilərmi?

14-05-2024, 10:56 87 dəfə baxılıb

 Nazirin hərbi və ya mülki şəxs olması məsələsi ölkə qanunvericiliyi və hərbi doktrinasında orduya verilən vəzifələrlə birbaşa bağlı olur. Avropa, ümumiyyətlə, NATO təcrübəsinə nəzər saldığımız zaman bir çox ölkədə mülki sistemdə fəaliyyət göstərən qadınların da müdafiə naziri təyin edilməsi təcrübəsinin olduğunu görə bilərik.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri postuna mülki şəxsi (iqtisadçı alim Andrey Belousovu - red.) təyin etməsi və bu NATO təcrübəsinin Azərbaycanda da mümkün tətbiqi haqda danışarkən deyib.

Ekspert Türkiyənin ordu modelinə keçən Azərbaycanda da tədricən belə islahatların keçirilməsini mümkün olduğunu bildirib:

“Müdafiə naziri vəzifəsinə mülki şəxsin təyin olunması silahlı qüvvələri təminat, təchizat, tender, satınalmalar kimi böyük vəsaitlərin dövr etdiyi proseslərdən kənarda saxlamaq məqsədi daşıyır. Nazir birbaşa ordunun təchizatı, maliyyələşməsi və s. məsələlər ilə məşğul olur. Belə addımlar Türkiyə də atılıb. Əgər biz də Türkiyə ordu modelinə keçiriksə, gələcəkdə zərurət yarandığı halda analoji addımlar Azərbaycanda da atıla bilər. Amma bu, yalnız Ali Baş Komandan İlham Əliyevin səlahiyyətlərinə daxildir. Sözügedən proses müvafiq qanunvericilik aktlarında dəyişiklikləri zəruri edir. Bununla Baş Qərargahın daha çox döyüş tapşırıqları ilə məşğul olmasına şərait yaratmaq və silahlı qüvvələrin üzərinə düşən iqtisadi yükü kifayət qədər azaltmaq mümkündür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930