“Sülhməramlıların çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq”

15-05-2024, 15:00 120 dəfə baxılıb

 

“Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq”.

“Azerinews.az”ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

“2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına qarşı olaraq başladılan əks-həmlə əməliyyatı ilə davam etdirilən Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün müddətində başa çatdı. Müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatın müvafiq bəndinə əsasən, Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq Rusiya sülhməramlı kontingenti yerləşdirilmişdi. 2023-cü ilin sentyabr ayında Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqları, o cümlədən qeyri-qanuni silahlı birləşmələr ərazini tam tərk etdi. Bundan sonra Rusiya sülhməramlıları kontingentinin fəaliyyətinin bir hissəsini başa çatdırılmış hesab etmək olardı”, - nazirlik rəsmisi qeyd edib. 

A. Eyvazov bildirib ki, Azərbaycan və Rusiya prezidentləri arasında Rusiya sülhməramlılarının ölkəmizin ərazisini tərk etməsinə dair əldə olunmuş razılığa əsasən, Rusiya sülhməramlılarının ölkədən vaxtından əvvəl çıxarılmasına qərar verilib: “Bu qərardan sonra Azərbaycan Müdafiə Nazirliyi tərəfindən zəruri olan texniki və zəruri dəstək göstərilib. Hazırda bu proses davam etdirilir. Bugünkü tədbirdə Azərbaycan və Rusiya tərəfindən yüksək rütbəli zabitlər iştirak edir. Sülhməramlıların ərazini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930