Azərbaycanla Çin arasında yaşıl enerji sahəsində potensial layihələr müzakirə edildi - FOTO

16-05-2024, 12:01 116 dəfə baxılıb

 “China Energy International Group Co., Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə görüşümüzün müzakirə mövzuları geniş və faydalı oldu”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.

“Şirkətlə yaşıl enerji sahəsində potensial layihələri müzakirə etdik, Azərbaycanda yaşıl hidrogen və yaşıl ammonyak istehsalı imkanları barədə fikir mübadiləsi apardıq. İşğaldan azad edilmiş ərazilərimizdə günəş enerjisinin istifadəsi üzrə əməkdaşlıq perspektivləri də diqqət mərkəzində oldu.

Gələcək əməkdaşlığımızın hər iki tərəf üçün qarşılıqlı faydalar gətirəcəyinə inanırıq”, - deyə nazir qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930