XİN-də çalışan diplomatların sayı, gender bölgüsü açıqlanıb

20-05-2024, 15:26 112 dəfə baxılıb

 Xarici İşlər Nazirliyində çalışan diplomatların gender bölgüsü açıqlanıb.

"Azerinews.az" ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2022-ci illə müqayisədə səfir qadınların sayı 1 nəfər azalıb, səfir kişilərin sayı 6 nəfər artıb. Müşavir qadınların sayı 10-dan 12-yə qalxıb, müşavir kişilərin sayı 66-dan 71-ə qalxıb. Beləliklə, hazırda 2 nəfər qadın səfir və 62 nəfər kişi səfir var. Daimi nümayəndə, təmsilçilik ofisinin rəhbəri, müşavir elçilərimiz arasında qadın yoxdur. Xüsusi tapşırıqlar üzrə səfirlərimizin də 6-sı kişidir və qadın xüsusi tapşırıqlar üzrə səfirimiz yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930