Azərbaycan və Ermənistan sərhədçiləri sərhəddə xidmətə başlayır

24-05-2024, 10:14 116 dəfə baxılıb

 

Bu gündən başlayaraq Ermənistanın Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində mühafizəni rəsmən öz üzərinə götürür.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Məlumata görə, burada söhbət Berkaber (ER) - Qızılhacılı (AR) kəndi yaxınlığında 1,9 kilometr, Voskepar (ER) - Aşağı Əskipara (AR) və Bağanis (ER) - Bağanıs Ayrım (AR) kəndlərində 4,9 kilometr ərazidən gedir.

Bildirilir ki, dövlət sərhədinin Kirants (ER) – Xeyrımlı (AR) istiqamətindəki 5,8 kilometrlik hissəsində sərhədin mühafizəsi keçid sxemi üzrə həyata keçiriləcək: “Eyni məntiqə uyğun olaraq, mayın 24-dən Azərbaycanla sərhədin qeyd olunan istiqamətlərində dövlət sərhədinin mühafizəsini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bölmələri həyata keçirəcək”.

Xatırladaq ki, dünən erməni mediası Kirants kəndində üzərində “AZE” yazılı sərhəd dirəklərinin quraşdırılması prosesinin davam etdiyini, eləcə də həmin kənddə sərhədçilər üçün evlərin quraşdırılması işlərini əks etdirən görüntülər yaymışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930