Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Mersin şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən yol qəzası ilə bağlı başsağlığı verib.
"Azerinews.az" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
"Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, dünən Tarsus-Adana-Gaziantep magistralında 4 avtomobilin toqquşması nəticəsində 10 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Xəsarət alanlardan 9-nun vəziyyəti ağır qiymətləndirilir.