Peru Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

30-05-2024, 14:12 239 dəfə baxılıb

 

Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Azerinews.az"  xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri, cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Peru hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar gündə Azərbaycan xalqının rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı yetirirəm. Peru dövlətinin ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu vurğulayıram. Mən, həmçinin xalqlarımızı yaxınlaşdıracaq yeni qarşılıqlı maraq sahələrini müəyyənləşdirmək istəyimi ifadə edirəm.

Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirərəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930