Mikayıl Cabbarov Harri Kamian ilə görüşdü

5-06-2024, 15:55 141 dəfə baxılıb

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşüb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında yazıb.

"Görüşdə Azərbaycanın karbohidrogen və yaşıl enerji sektorunun inkişafı, enerji infrastrukturunun maliyyələşdirilməsi, eləcə də bu sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq.

Ölkəmizin 2024-cü il - "Yaşıl dünya naminə həmrəylik" ilində COP29 tədbirinə ev sahibliyinin əhəmiyyətini qarşılıqlı şəkildə vurğuladıq", - deyə nazir qeyd edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930