Azərbaycan beynəlxalq foruma ev sahibliyi edəcək

25-06-2024, 11:48 205 dəfə baxılıb

 

İyunun 27-də Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı beynəlxalq forum keçiriləcək. 

“Azerinews.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq forumda məqsəd ətraf mühitin mühafizəsi, dayanıqlı gələcəyə doğru birgə fəaliyyət, ekoloji həmrəylik və idarəçilik sahəsində ölkəmizin liderlik rolunu qlobal miqyasda təşviq etmək, eyni zamanda, tullantıların idarə olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların yayılmasını, əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.

Bakı forumunda BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edəcək. 

Qeyd edək ki, tullantıların səmərəli idarə olunması sahəsində dayanıqlı təcrübələrin təşviqində, beynəlxalq əməkdaşlıqda, innovasiyaların nümayiş etdirilməsi və yeni təşəbbüslər ətrafında müzakirələrin aparılmasında bu forumun yeni bir platformaya çevrilməsi gözlənilir. 

Forumun yekununda iştirak edən təşkilatlar və şirkətlər tərəfindən tullantıların dayanıqlı idarə edilməsi təcrübələrinə, innovativ qablaşdırma həllərinə, təkrar emal və tullantıların azaldılması strategiyalarının təşviqinə dair "Sıfır Tullantı" Bakı Təşəbbüsü qəbul ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930