Polineziya partiyası Azərbaycana minnətdarlıq etdi

28-06-2024, 15:39 128 dəfə baxılıb

 Fransanın dənizaşırı ərazisi olan Polineziyanın suverenliyi uğrunda mübarizə aparan “Tavini Huiraatira” partiyasının rəhbərliyi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

“Azerinews.az” “Report” istinadən xəbər verir ki, bu barədə partiyanın baş katibi Viktor Maamaatuaihutapunun Azərbaycanın rəsmi şəxsləri və təşkilatlarına ünvanladığı məktublarda vurğulanıb.

Təşəkkür məktubları Milli Məclisin rəhbərliyinə, Medianın İnkişafı Agentliyinə (MEDİA), Bakı Təşəbbüs Qrupuna (BİG), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO), eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Milli Onkologiya Mərkəzinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına göndərilib.

Məktublarda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mayın 29-dan iyunun 2-dək “Tavini Huiraatira” siyasi partiyasının nümayəndələrinin Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.














Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930