Ərdoğan: "Şimali Kiprin TDT-yə tamhüquqlu üzvlüyünü Azərbaycan da dəstəkləyir"

9-07-2024, 13:17 116 dəfə baxılıb

 

"Şimali Kipr, bizə görə Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvüdür. Bu məsələdə Azərbaycanın münasibəti də bizimlə eynidir".

"Azerinews.az" ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O, TDT-nin Şuşada keçirilən iclasında təmsil olunduğunu xatırladıb.

"Növbəti mərhələ Şimali Kipri tamhüquqlu üzv kimi rəsmiləşdirmə yönündə işlərdir. Türk dövlətləri ilə bu məsələ müzakirə olunur. Şimali Kiprin Prezidenti Ersin Tatarın o dövlətlərin rəhbərləri ilə münasibətlərini inkişaf etdiririk", - deyə Türkiyənin dövlət başçısı bildirib.

Qeyd edək ki, R.T.Ərdoğan NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək məqsədilə ABŞ-yə gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930