Aİ nazirləri bu gün Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

22-01-2024, 11:09 8 dəfə baxılıb

 

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri bu gün Brüsseldə Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması məsələsini müzakirə edəcəklər.

“azerinews.az” xəbər verir ki, bu barədə məlumatı yüksəkvəzifəli avropalı mənbəyə istinadən “RİA Novosti” yayıb. 

“İnterfaks” isə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin iki ölkə arasında münasibətlərin nizamlanmasına dair çıxış edəcəyini yazıb. 

Bununla yanaşı, Aİ-nin XİN rəhbərlərinin Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdə missiyası, eləcə də Rusiyaya qarşı 13-cü sanksiyalar paketini müzakirə edəcəkləri bildirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031