Əliyev tələb, Paşinyan icra edir: Sənəddə Xocalı soyqırımı da var

7-10-2024, 09:45 0 dəfə baxılıb

Əliyev tələb, Paşinyan icra edir: Sənəddə Xocalı soyqırımı da var

Əliyev Ermənistan hakimiyyətinin qarşısına tələblərini bir-bir qoyur, hakimiyyət də bunu icra edir.

Bunu erməni türkoloq Varujan Geqamyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın tələblərdindən biri Ermənistanın demilitarizasiyasıdır (döyüş əməliyyatlarının aparılmasının qadağan edilməsi).

“Bu tələbin icrası ilə Ermənistan ordusunda xidmət etmiş istənilən şəxs Azərbaycan tərəfindən cinayət məsuliyyətinə cəlb edilə bilər. Ermənistan hakimiyyəti bu hüquqi Azərbaycana verir. Ermənistan ordusunda xidmət etmiş şəxslər istənilən üçüncü ölkədə Azərbaycanın tələbi ilə Bakıya təhvil verilə bilər. Qarabağda döyüşmüş şəxslər Azərbaycan tərəfindən həbs olunacaqlar”, - o iddia edib.

Erməni ekspert hesab edir ki, Ermənistan-Azərbaycan danışıqlarının aparıldığı sənəddə Xocalı soyqırımının rəsmi İrəvan tərəfindən tanınması və günahkarların cəzalandırılması da öz əksini tapır.(Publika)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930