Rusiya MN Qarabağdakı sülhməramlıların rotasiyasının başa çatdığını açıqlayıb

6-11-2023, 23:00 7 dəfə baxılıb

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Həmçinin silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi də başa çatıb.

“Sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi başa çatıb”, - məlumatda deyilir.

Nazirlikdən bildirilib ki, sülhməramlı kontingent Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda tapşırıqların icrasını davam etdirir. Vurğulanıb ki, rəsmi Bakı ilə davamlı şəkildə mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş qarşılıqlı əlaqə saxlanılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930