Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur

24-02-2025, 16:37 6 dəfə baxılıb

Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur
Erməni generalı Levon Minasyanın Xocalı soyqrımını törətməsi barədə 2023-cü ildə etirafını ictimailəşdirən gürcü bloger Tako Tamuna ölümlə təhdid olunur.
“Report”a bu barədə məlumat verən bloger qeyd edib ki, bu təhdidlər səbəbindən mətbuata başqa şərh verə bilmir.  
Xatırladaq ki, 2023-cü ildə TikTok platformasında bloger Tako Tamuna ilə erməni generalı Levon Minasyan arasında şokedici bir dialoq yaşanıb. Söhbət zamanı Minasyan, Xocalıda azərbaycanlılara qarşı törədilən qətliamı açıq şəkildə etiraf edib. Bu etirafı Minasyan “Xocalı mənim işimdir. Saysız-hesabsız Azərbaycan türklərini qırdım,” ifadəsi ilə etiraf etmişdi.
Bunu eşidən T.Tamuna, Minasyanın ciddi olub-olmadığını soruşub və cavab olaraq general “bəli” deyib.
Tako Tamuna bu dialoqdan sonra erməni tərəfdən təhdidlər və təzyiqlərlə üzləşib. Söhbət yayımlandığı gündən bəri, Tamunaya qarşı sosial mediada çoxsaylı təhdidlər və hədə-qorxu mesajları göndərilib. Bəzi erməni istifadəçiləri, onu ölüm təhdidləri ilə qorxudub və onun şəxsi həyatına müdaxilə etməklə hədələyiblər.
T.Tamuna bildirib ki, iki gün öncə həmin söhbəti yenidən sosial şəbəkədə yayımlayıb və ona qarşı təhdidlərin yeni dalğası başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930