Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi vəfat edib.
Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi vəfat edib.
Bu barədə Mübariz İbrahimov adına lisey məlumat yayıb.
“Dərin hüzn və kədər hissi ilə bildiririk ki, şagirdimiz Nuray Əmirli xəstəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik”, - məlumatda bildirilib.