Azərbaycandakı gənclərin sayı açıqlandı

2-02-2024, 11:11 3 dəfə baxılıb

 

Azərbaycan əhalisinin 2,3 milyon nəfərini və ya 22,7 faizini gənclər təşkil edir.

Bu barədə “Azerinews.az”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, gənclərin 52,7 faizi şəhər yerlərində, 47,3 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir.

Ötən il ölkədə nikaha daxil olanların 71,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür.

Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930