ABŞ-dəki səfirliyimizdən Azərbaycan vətəndaşlarına - Müraciət

2-02-2024, 11:28 1 dəfə baxılıb

 

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.

“Azerinews.az” Secki-2024.az saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki diplomatik missiyasının “X” sosial şəbəkədəki paylaşımında qeyd olunub.

“7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar səfirliyimizdə seçki məntəqəsi yaradılıb. ABŞ-də daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız 7 fevral 2024-cü il saat 8:00 AM-7:00PM (EST) arası etibarlı Azərbaycan Respublikası ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səfirlikdə yaradılmış məntəqədə öz səsvermə hüquqlarından istifadə edə bilərlər”, - paylaşımda diqqətə çatdırılıb.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930