Yeni elektron poçt sistemi istifadəyə veriləcək - VAXT AÇIQLANDI
“2023-cü il ərzində 30 min istifadəçisi olan dövlət elektron poçt sisteminə 27 milyondan çox mail daxil olub”.
"Azerinews.az" xəbər verir ki, bu barədə Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə toplantısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
O bildirib ki, onlardan 24 milyon 800 mini istifadəçilərə çatdırılıb:
“2 milyon 780 mindən çoxu isə bloklanıb. Buna səbəb onların zərərverici tərkibə malik olmasıdır. Diqqət etsəniz, 10 faizə yaxın, yəni hər 10 maildən biri “fişəng tərkibli” olur. Burada dövlət qurumları hədəf alınır və buna görə də elektron poçt sisteminin elektron təhlükəsizliyini daha güclü mərhələyə qaldırmalıyıq. Yeni elektron poçt sistemi hazırlanıb və biz növbəti aydan yeni elektron poçt sistemini mərhələli şəkildə dövlət qurumlarının istifadəsinə verəcəyik.
Bu sistem 60 min istifadəçilik olub, həm funksionallıq, həm də təhlükəsizlik baxımdan əvvəlki sistemdən qat-qat üstün imkanlara malikdir. Xüsusi fərq isə daha korporativ olması və inteqrasiyasının daha əlverişli metodlarla təşkil edilməsidir”.