Bakı Limanının tikintisi üçün ayrılmış torpaq sahəsi 30 hektardan çox azaldılıb

2-02-2024, 17:04 3 dəfə baxılıb


Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaradılması haqqında 18 mart 2015-ci il tarixli sərəncamında dəyişiklik edib.

“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Fərmana əsasən, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ölçüsü 400 hektardan 369,26 hektara endirilib.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930