Əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verildi

14-10-2025, 12:09 135 dəfə baxılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib.

“Azerinews.az” xəbər verir ki, onlardan 5,9 mini təkərli oturacaq (o cümlədən 48-i mühərrikli təkərli oturacaq), 2 mini aşağı və yuxarı ətraf protezi, 4,9 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 8,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 418 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Cari ilin 9 ayında əlilliyi olan 11,2 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031