Əmək qabiliyyətinin itirilməsi ilə bağlı qanun dəyişir

16-10-2025, 15:32 12 dəfə baxılıb

 

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası dəyişir.

“Azerinews.az” xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyən olunur.

Qeyd olunub ki, qanun layihəsi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi sahəsində normativ hüquqi bazanın yenilənməsi zərurəti ilə əlaqədar hazırlanmışdır və bu çərçivədə adıçəkilən qanunun 19.2-ci maddəsinin dəqiqləşdirilməsini nəzərdə tutur.

Belə ki, qanun layihəsi qəbul edildikdən sonra sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinin yeni qaydaları qüvvəyə minəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031