Azərbaycanda kirayə ilə bağlı vergi məbləği azaldılır

29-10-2025, 10:19 3 dəfə baxılıb

 

Azərbaycanda kirayə ilə bağlı vergi məbləğində dəyişiklik edilib. Əgər evini kirayə verənlərdən 14 faiz vergi tutulurdusa, gələn ildən bu rəqəm 10 faizə enəcək.  

“Azerinews.az”ın AZTV-yə istinadən xəbərinə görə, ekspertlərin fikrincə, bu qərar mənzillərin qiymət artımı ilə nəticələnə bilər.

Hazırda kirayə mənzil bazarı, əsasən, tənzimlənməmiş şəkildə fəaliyyət göstərir. Əksər kirayə müqavilələri qeyri-rəsmi bağlanır. Gəlirlər bəyannaməyə daxil edilmir.

Yeni qayda bu prosesi rəsmiləşdirsə də, kirayə verənlərin xərclərini artıracaq.

Əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, 2026-cı ildə fiziki şəxslər üçün mənzillərdə və fiziki şəxslərin idarə etdiyi digər daşınmaz əmlaklarda vergi 14 faizdən 10 faizə enəcək. Digər qeyri-yaşayış obyektlərində isə 14 faiz olaraq qalacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930