Ağalıda ikinci mərhələdə istifadəyə veriləcək binalar qazla təmin edilib

30-10-2025, 10:11 2 dəfə baxılıb

  

Ağalıda ikinci mərhələdə istifadəyə veriləcək binalar qazla təmin edilib

Daxili siyasət
  • 30 oktyabr, 2025
  • 09:35
Ağalıda ikinci mərhələdə istifadəyə veriləcək binalar qazla təmin edilib

Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsində bütün yaşayış və qeyri-yaşayış binaları tam olaraq qazla təmin edilib.

"Azerinews.az"ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva məlumat verib.

Onun sözlərinə görə, bu mərhələdə istifadəyə veriləcək evlərin sayı 103 ədəd təşkil edir. Bunlar 55 ədəd 2 otaqlı fərdi yaşayış evləri, 3 ədəd isə 3 mərtəbəli 2 bloklu "Townhouse" tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd 1 otaqlı mənzillər, 12 ədəd isə 2 otaqlı mənzillər inşa edilib.

 

İ.Rzayeva bildirib ki, kənddə ümumi sahəsi 2.2 ha olan park salınıb:

"Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Park ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların aktiv istirahəti, idman fəaliyyəti və təhlükəsiz əyləncəsi üçün bütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib, landşaft tərtibatı təmin edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, bütün yaşayış və qeyri-yaşayış binaları tam olaraq qazla təmin edilib, bütün evlər isə kombi ilə təchiz olunub".


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930