Həkimlərin maaşları artırıla bilər

30-10-2025, 14:00 146 dəfə baxılıb

 

"Abşeron Mərkəzi Xəstəxanası rayon üzrə əhaliyə xidmət göstərən yeganə tibb müəssisəsidir. Son illərdə xəstəxananın fəaliyyət istiqamətləri genişləndirilib, göstərilən tibbi xidmətlərin çeşidi artırılıb. Əvvəllər burada ağır əməliyyatlar həyata keçirilmədiyi halda, hazırda xəstəxana bütün növ tibbi xidmətləri özündə cəmləşdirir”.

“Azerinews.az” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.

O qeyd edib ki, bu dəyişikliklərin nəticəsində gün ərzində 3 mindən çox şəxs xəstəxanaya müraciət edir:

“Ümumiyyətlə, TƏBİB tabeli tibb müəssisələrinə artan müraciət sayına baxmayaraq, növbələrin minimuma endirilməsi istiqamətində tədbirlər görür. İlk növbədə Vətən müharibəsi qaziləri, şəhid ailələri və əlillər üçün növbəsiz keçid imkanı yaradılıb. Bununla yanaşı, qeydiyyatçıların sayı da artırılıb. Həmçinin Bakıda və regionlarda fəaliyyət göstərən bir sıra tibb müəssisələrində monitorların quraşdırılması təmin edilib. Müəssisələrin qəbul həcminə uyğun olaraq, monitorların sayı 1-dən 10-a qədər dəyişir. Hazırda monitor çatışmazlığı ilə bağlı heç bir tibb müəssisəsində problem müşahidə edilmir”.

Vüqar Qurbanovun sözlərinə görə, yaxın gələcəkdə həkimlərin və orta tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı layihələr hazırlanır və bu layihələrin təqdimatı planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930