Bu istiqamətlərdə avtobuslar yeniləndi - Gedişhaqqı 60-70 qəpik

31-10-2025, 17:49 15 dəfə baxılıb

 

Noyabrın 1-dən 81 və 160 nömrəli marşrutlarda istismar olunan avtobuslar dəyişdirilir.

“Azerinews.az” xəbər verir ki, bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Köhnə Günəşli və Qaraçuxur qəsəbələrini əlaqələndirən 81 nömrəli marşrut üzrə sərnişinlərin ixtiyarına veriləcək 20 ədəd “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların xəttə buraxılması ilə marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Marşrut üzrə gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Binə qəsəbəsini “Koroğlu” metrostansiyası ilə əlaqələndirən 160 nömrəli müntəzəm marşrut üzrə xəttə buraxılacaq 18 avtobus da müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilib. Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə gedişhaqqı 0,70 AZN müəyyən edilib.

Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930