Əsgər maaşı da bank kartı ilə veriləcək

3-11-2025, 13:25 13 dəfə baxılıb

 

Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.

“Azerinews.az” Modern.az-a istinadən xəbər verir ki, bunun üçün “əsgər kartları” hazırlanıb.

Qeyd olunub ki, artıq “əsgər kartları"nın hərbi qulluqçulara paylanmasına başlanılıb.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir:

“Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031