Yasamalda çörək sexinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub

4-11-2025, 10:56 5 dəfə baxılıb

 

Yasamal rayonu, İnşaatçılar prospektində fəaliyyət göstərən, fiziki şəxs Mirzəağa Calal oğlu Cabbarova məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

"Azerinews.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin, emal zamanı istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi, işçi masaların, qida ilə təmasda olan səthlərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, temperatura, rütubətə nəzarət cihazının və havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930