Deputadan TƏKLİF: "Üç və daha çox uşağı olanlar beş il tez güzəştlə pensiyaya çıxsınlar"

5-11-2025, 13:13 8 dəfə baxılıb

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı pensiyaya tez çıxmaq və güzəştli şərtlərlə pensiyadan danışılıb.

"Azerjnews.az"  xəbər verir ki, bu barədə deputat Əli Məsimli danışıb.

O bildirib ki, 5 il tez pensiyaya çıxmaq güzəşti 5 və ondan artıq uşağı olan analara verilib:

"Gənc ailələrdə 5 və ondan artıq uşaq çox nadir hadisədir. Təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930