Kirayəhaqları üzrə gəlir vergisi 10%-ə endirilir

6-11-2025, 13:05 4 dəfə baxılıb

 

"Fiziki şəxslər üçün kirayəhaqları üzrə gəlir vergisi 14%-dən 10%-ə endirilir. Artıq kirayə bazarlarında 2 istiqamətdə tədbir nəzərdə tutulub”.

“Azerinews.az” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat Rəhimov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

"Vətəndaşların özü vergi uçotuna düşmək istəmir. Ancaq kirayə gəlirlərindən vergi vermək istəyirlər. Qanunda şərait yaratdılar ki, özləri agent təyin etsinlər və öz vergilərini bu agentlər vasitəsilə yerinə yetirsinlər. İkinci addım isə məhz dərəcənin azaldırması idi. Yəni vergi dərəcələri 14%-dən 10%-ə endirilir. Təklif kirayə bazarının stimullaşdırılmasına xidmət edir”, - Nicat Rəhimov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031