Birgə maliyyələşmə proqramı üzrə 1504 şəxs işlə təmin edilib

6-11-2025, 18:43 8 dəfə baxılıb

 

Dövlət Məşğulluq Agentliyinin icra etdiyi "İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi" proqramı çərçivəsində 2025-ci ilin 10 ayı ərzində 1504 şəxs işlə təmin olunub.

"Azerinews.az" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, proqram üzrə cari ilin ötən dövründə daha 400-ə yaxın işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən sosial cəhətdən həssas qruplardan olan şəxslərin məşğulluğu təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb.

Proqram əsasında işlə təmin edilmiş şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi maliyyələşdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031