Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

15-11-2025, 00:31 6 dəfə baxılıb

 

Babək rayon Cəhri Qəsəbəsi 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi müəllim tərəfindən zorakılığa məruz qaldıqları ilə bağlı iddialar səsləndirib.

“Azerinews.az” xəbər verir ki, şagird, F.Z müəllimi Etibar Əhmədov tərəfindən kəmərlə bağlanaraq döyüldüklərini bildirib.

Məktəblinin şikayəti ilə bağlı Naxçıvan Təhsil Nazirliyi açıqlama yayıb:

“Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələnin araşdırılmasına başlanılıb.

Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma yekunlaşdıqdan sonra şagirdin döyülmə faktı və digər qanunazidd davranışlar öz təsdiqini taparsa, qanunauyğun qaydada cəza tədbiri görüləcək”.

Qeyd edək ki, həmin müəllim “Baku TV”yə iddiaları təkzib edib və şagirdi elektron qəlyan çəkməkdə günahlandırıb.

Məktəblinin babası isə nəvəsinin ittihamlarının həqiqətə uyğun olmadığını bildirib:

“Elə şey olmayıb. Yalan söhbətdir. O qrupun dedikləridir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930