Azərbaycanda saytlara girişdə problem yarandı

18-11-2025, 16:22 15 dəfə baxılıb

 

Azərbaycanda əksər sayt və agentliklərə girişdə problem yaranıb. 

“Azerinews.az” xəbər verir ki, artıq bir saata yaxındır informasiya saytlarına daxil olmaq mümkün deyil.

Problemin nədən qaynaqlanması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Elektron Təhlükəsizlik Xidmətinə sorğu ünvanlamışıq.

***

İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında problemin bulud texnologiyasında genişmiqyaslı nasazlıqla bağlı olduğunu yazıb: “Cloudflare” çöküb. Bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır. Bu gün “Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib. “Cloudflare”in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda sayt açılmır, “Cloudflare Error” tipli xətalar görünür.

“Cloudflare” üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə, serverlərdə problem yoxdur. Trafik “Cloudflare”dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər.

“Cloudflare” qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930