Sumqayıtın bir hissəsi susuz qalacaq - Xəbərdarlıq

19-11-2025, 09:46 14 dəfə baxılıb

 

Sumqayıtın bir hissəsində su olmayacaq.

“Azerinews.az” xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar 19 noyabr tarixində səhər saat 10:00-dan axşam saatlarınadək 1-2-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cu məhəllələrdə, Qızılqum yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsi, Baxçaşəhər, Sülh, Xəzər sahili küçələrində, 1-ci mikrorayonun bir hissəsi, 3-cü və 4-cü mikrorayonun bir hissəsi, 8,9,10-cu mikrorayonlarda suyun verilməsində müvəqqəti fasilə yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031